Rabitəbank ASC “My Azerbaijan” layihəsinin müəllifi, tanınmış fotoqraf Orxan Aslanovla birgə layihəyə başlayıb | Banco.az

Rabitəbank ASC “My Azerbaijan” layihəsinin müəllifi, tanınmış fotoqraf Orxan Aslanovla birgə layihəyə başlayıb

Rabitəbank  ASC  və “My Azerbaijan”  layihəsinin müəllifi, tanınmış fotoqraf Orxan Aslanov ilə birgə «Səyahət Sizdən, Xəzinə Bizdən» adlı yeni layihə təqdim edir.

“My Azerbaijan” layihəsinin məqsədi, Orxan Aslanov və onun komandası tərəfindən Azərbaycanı gəzib-dolaşaraq, valehedici təbiətindən tutmuş tarixi və unudulmaz məkanlarına kimi bütün ucqar güşələri ilə Azərbaycanı fərqli, tamamilə adət edilməmiş şəkildə təsvir etməkdir. Rabitəbank bu layihəyə qoşulduqdan sonra hər kəsdə Azərbaycanın gözəl, əsrarəngiz, səfalı bölgələrinə səyahət etmək üçün əlavə bir səbəbdə yaradacaq. Layihə çərçivəsində istənilən şəxs  Azərbaycanın bölgələrində  gizli xəzinəni taparaq  Rabitəbank - dan pul mükafatı və “My Azerbaijan” layihəsindən bir sıra hədiyyələr qazanmaq imkanı əldə edəcək.

Orxan Aslanov və onun ekstrimal komandası yola düşərək Azərbaycanın bölgələrində xəzinəni gizlədəcəklər. İştirakçılar Rabitəbank-ın və Orxan Aslanovun  şəxsi  Facebook səhifəsini izləyərək, xəzinənin yerini öyrənib onu tapmağa cəhd göstərəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Layihə haqqında daha ətraflı məlumatı Rabitəbank-ın  Facebook səhifəsindən https://www.facebook.com/rabitabank/?fref=ts, həmçinin Orxan Aslanovun Facebook https://www.facebook.com/AslanovOrkhan/?fref=ts  və  instaqram @myazerbaijanaz səhifələrindən  əldə etmək olar.

“Rabitəbank ASC  artıq 22 ildir ki, Azərbaycanın maliyyə bazarında uğurla fəaliyyət göstərməkdədir. Bank aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın ən  şəffaf  5 bankı sırasına daxil edilən, etibarlı və dinamik inkişaf edən maliyyə institutu kimi böyük nüfuza malikdir. Fəaliyyət göstərdiyi  illər ərzində Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 22 filialdan və 1 şöbədən  ibarət filial şəbəkəsini yaradıb.  Kiçik və orta sahibkarlığın əsas tərəfdaşı kimi ölkədə fəaliyyət göstərən Rabitəbank  müxtəlif istiqamətlərdə həm fiziki, həm də hüquqi şəxslərə maliyyə xidmətlərini göstərməkdə davam edir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et