Qiymətləndirilmənin Şəffaflığı Möhürü ilə mükafatlandırılan bank | Banco.az

Qiymətləndirilmənin Şəffaflığı Möhürü ilə mükafatlandırılan bank

“DəmirBank” fəaliyyətində şəffaflıq və peşəkarlıq prinsipləri sahəsində qiymət şəffaflığını təmin etdiyinə görə MicroFinance Transparency təşkilatı tərəfindən Qiymətləndirilmənin Şəffaflığı Möhürü ilə mükafatlandırılıb.

MicroFinance Transparency təşkilatı Azərbaycanda Şəffaf Qiymətqoyma Təşəbbüsü (Transparent Pricing Initiative) layihəsi üzrə banklar və istehlakçılar arasında şəffaf əlaqələrin qurulmasını dəstəkləyir.

Ən sərfəli kredit üçün müraciət et

Təşkilat 2008-ci ildə ABŞ-da aztəminatlı mikro-sahibkarların rifahını yaxşılaşdırmaq və  yoxsulluğun azaldılmasında mikromaliyyə şəffaflığını inkişaf etdirmək məqsədilə yaradılıb.  

25 illik tarixi ilə ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

Ən sərfəli krediti almaq üçün müraciət et