Qarşılayın, ExpressClub şəbəkəsinin yeni tərəfdaşı! | Banco.az

Qarşılayın, ExpressClub şəbəkəsinin yeni tərəfdaşı!

Bir neçə gün öncə Expressbank, plastik kart sahibləri üçün “Xərclərinizi gəlirə çevirin” şüarı altında yeni ExpressClub xidmətini təqdim etdi.

Xatırladaq ki, ExpressClub-un şərtlərinə görə Expressbank-ın bütün plastik kart sahibləri (əmək haqqı kartları da daxil olmaqla) “cashback” xidməti vasitəsi ilə ölkədaxiliPos-terminallarda alış-veriş zamanı ödənilmiş malın və ya xidmətin dəyərinin bir hissəsini kartlarına geri qazanırlar.

Əgər iki gün öncə ExpressClub tərəfdaşlar şəbəkəsinə 200-dən artıq satış məntəqəsi daxil idisə, bu gün artıq bu siyahı yenilənərək 270-dək satış nöqtəsini əhatə edir. Belə ki, siyahıya əlavə olunan MyBrands mağazalar şəbəkəsinin müştəriləri də plastik kartla alış-veriş edən zaman xərclədikləri məbləğin bir hissəsini karta geri alacaqlar.

Expressbank-ın ödəniş kartları ilə xərclərinizi gəlirə çevirin!

Ən sərfəli kredit üçün müraciət et

ExpressClub haqqında

ExpressClub-un başlıca üstünlüyü ondan ibarətdir ki, “cashback” Bank-ın bütün plastik kartlarına şamil olunur və artıq müştərilərə saysız endirim və bonus kartlarını özləri ilə gəzdirməyə ehtiyac qalmır.

ExpressClub şəbəkəsinə daxil olmayan müəssisələrdə alış-veriş edən müştərilər isəxərclədikləri vəsaitin 0,3%-ni karta geri alacaqlar.

ExpressClub tərafdaş şəbəkəsi və “cashback” xidməti haqqında daha ətraflı məlumat üçün müştərilər 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya ExpressClub-un rəsmi Facebook səhifəsinə https://www.facebook.com/ExpressClub-1716176641993518/ daxil ola bilər.

 

Ən sərfəli krediti almaq üçün müraciət et