PAŞA Bank Zaqatalada yeni Biznes Mərkəzini açdı | Banco.az

PAŞA Bank Zaqatalada yeni Biznes Mərkəzini açdı

   Azərbaycanın ən iri banklarından biri – PAŞA Bank Zaqatala şəhərində öz yeni Biznes Mərkəzinin fəaliyyəti üçün lisenziya aldı.

PAŞA Bankın İdarə Heyətinin sədri Fərid Axundovun 25 iyunda Zaqatala Regional Biznes

Mərkəzinin açılış mərasimində qeyd etdiyi  kimi, yeni Biznes Mərkəzi Kiçik və Orta Sahibkarlarla (KOS) tərəfdaşlığa xüsusi diqqət yetirəcək .

“Mərkəz Zaqatala və ümumiyyətlə şimal-qərb regionunda fəaliyyət göstərən sahibkarlara maliyyə vasitələrindən istifadə imkanı verəcək. Həmişə olduğu kimi PAŞA Bank hər bir müştərisinə fərdi yanaşaraq, hər iki tərəfin maraqlarına cavab verən işgüzar münasibətləri inkişaf etdirəcək” deyə F. Axundov öz çıxışında qeyd etdi.

Ən sərfəli kredit üçün müraciət et

Digər Biznes Mərkəzləri kimi,  PAŞA Bankın yeni regional mərkəzində bütün növ korporativ bank xidmətləri göstəriləcək: kreditlərin verilməsi, hesablaşma-kassa əməliyyatlarının aparılması, bank kartlarının verilməsi və kart xidmətlərinin göstərilməsi, kapital bazarına çıxışın təmin olunması, ticarət maliyyələşdirilməsi məsələləri üzrə konsultasiyaların keçirilməsi, depozitərin cəlb olunması və s.

PAŞA Bankın yeni Biznes Mərkəzi Zaqatala şəhəri, F. Əmirov küçəsi 57A ünvanında yerləşir.

Ən sərfəli krediti almaq üçün müraciət et