Son illər ərzində daşınmaz əmlak investisiya qoymanın ən gəlirli sahələrindən biri kimi böyük şöhrət qazanmış və aktivlərin daha bir növünə çevrilmişdir. Xaricdə daşınmaz əmlaka fəal yatırımlar qoymağa başlamış sakinlərimizin həyat səviyyəsinin yüksəlməsi faktı yerli bazarda da yeni tendensiyaları müəyyən etmişdir.
Məhz bu məqsədlə PAŞA "Private Banking" "Knight Frank" dünya üzrə aparıcı konsaltinq şirkəti ilə birgə "Beynəlxalq daşınmaz əmlaka investisiyalar: aktual tendensiyalar və proqnozlar" mövzusunda seminar keçirmişlər. Beynəlxalq ekspertlər daşınmaz əmlak sahəsində öz təcrübələrini bölüşmüşlər.
PAŞA Bankın qonaqları dünyanın daşınmaz əmlak bazarının cari vəziyyəti və onun inkişaf perspektivi haqqında hesabatla tanış olmuşlar. Həmçinin, həm Qərbi Avropada, həm də qonşu ölkələrdə daşınmaz əmlaka konkret investisiyalar məsələləri müzakirə olunmuşdur.