Parabank əmanət yerləşdirmək istəyən hər kəsi banka dəvət edir | Banco.az

Parabank əmanət yerləşdirmək istəyən hər kəsi banka dəvət edir

"İmkanlarımız sərhədsizdir" Əmanət  məhsulu bilavasitə əmanətçilərin vəsaitlərinin artırlıması üçün ən gözəl imkanları yaradır. Bu sərhədsiz imkanlar əmanətçilərə illik 14,5% həcmində əmanət yerləşdirmək imkanı verir.  Əmanətin yerləşdirilməsi və illik faiz  şərtləri aşağıdakı kimidir:

Faizlər  aylıq, rüblük, illik və ya müqavilədə nəzərdə tutulmuş müddətin  sonunda hesablanaraq verilir. Bu müddətlər müqavilənin şərtlərində nəzərdə tutulur. Hər bir halda faizlərin qabaqcadan ödənilməsi maksimum 1(bir) ilədək dövr üçün aparıla bilər. Əmanətin  70% - i həcminədək kredit əmanətin girovu şərtilə verilir və odur ki, həmin əmanətlərə  hesablanmış faizlər əmanətin  ilkin məbləğindən çıxılır. Əmanətin  maksimum  məbləği  500.000 (beş yüz min)  yuxarı  olduqda  isə  onun  qəbul  edilməsi aktivlərin  və  passivlərin  idarəedilməsi  Komitəsində  baxılır. Yalnız bir ildən az  olmamaq şərtilə yerləşdirilmiş  əmanətlərə  visa  kartlar  verilir. Müqaviləsinin  şərtləri  pozaraq  əmanətçi, vaxtından əvvəl  əmanətini  tam  və  ya qismən  götürərsə, əmanətlər  2  faiz  tarifilə  yenidən hesablanır  və  həmin  vaxtadək  hesablanmış  faizlər  əmanətindən  tutulur. Plastik  kartı  olan əmanətçilərə əmanətlərinə hesablanmış faizlər plastik kart vasitəsi ilə ödənilir.

Ən sərfəli kredit üçün müraciət et

Prabank sizi düşünən, Sizə yaxın olan  dost bankdır. Əmanətlərinizi Parabankda yerləşdirin, sərhədsiz  imkanlara Siz də sahib olun!

Banka zəng 139

Ən sərfəli krediti almaq üçün müraciət et