On tələbənin təhsil haqqını Azər Türk Bank ödəyəcək | Banco.az

On tələbənin təhsil haqqını Azər Türk Bank ödəyəcək

Hər il Novruz bayramında korporativ müştərilərini hədiyyələrlə təbrik edən Azər Türk Bank bu il  ənənəni pozdu. Belə ki, bank rəhbərliyinin qərarı ilə müştərilərə Novruz bayramı hədiyyəsi üçün nəzərdə tutulmuş büdcə hesabına müxtəlif universitetlərin SABAH qruplarında oxuyan, tədrisdə yüksək nəticələr əldə etmiş 10 nəfər tələbənin bir illik  təhsil haqqı ödəniləcəkdir.  Qeyd etmək lazımdır ki, Bank tərəfindən atılan bu xeyirxah addımın ikiqat səmərəsi vardır. Çünki qanunvericiliyə görə, dövlət ali və orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir.

Ən sərfəli kredit üçün müraciət et

Azər Türk Bank bu istiqamətdə işləri gələcəkdə də davam etdirəcək, o cümlədən müştəriləri bayramlarda təbrik üçün nəzərdə tutulmuş  vəsaiti bundan sonra sosial layihələrin gerçəkləşdirilməsinə yönəldəcəkdir.  

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Ən sərfəli krediti almaq üçün müraciət et