Nikoloz Şurgaia Nikoil Bankın idarə heyətinə sədr təyin edilib. Bu barədə bu gün bankın mətbuat xidmətindən rəsmi açıqlamada bildirilmişdir. O, bu vəzifədə 2005-ci ildən bankın idarə heyətinin sədri vəzifəsində çalışan Vasiliy Viktoroviç Xamazanı əvəz etmişdir.
Nikoloz Azərbaycan, Belarus, Gürcüstan, Rusiya və Böyük Britaniyada maliyyə sektorunda 20 illik təcrübəsi olan peşəkar bankirdir. Hazırda o, Belarus və Gürcüstanda bir neçə bankın və Gürcüstan Fond Birjasının müşahidə şuralarının üzvüdür. Cənab Nikoloz London Biznes Məktəbi, eləcə də Tbilisi Dövlət Universitetinin məzunudur.
Rəhbərlik dəyişikliyi bankın Azərbaycanda biznes qurumları və fərdi şəxslərə müasir keyfiyyətli maliyyə xidmətlərini təqdim edən etibarlı bir tərəfdaşa transformasiya prosesini sürətləndirməmlə izah olunur.