NIKOIL | Bank“Elektron hökumət” portalına qoşuldu | Banco.az

NIKOIL | Bank“Elektron hökumət” portalına qoşuldu

“NİKOYL” İKB ASC “Elektron hökumət” - www.e-gov.az  portalına qoşuldu. İndi bütün vətəndaşlar “Elektron hökumət” portalından qeydiyyatdan keçməklə fərdi şəkildə özləri haqqında şəxsi məlumatları formalaşdıra  bilərlər. Bunu etməklə banklarda kreditləşdirmə prosesini özləri üçün sadələşdirmiş olacaqlar. Sadəcə onlayn yaradılan elektron arayışı   banka göndərmək lazımdır. Qeyd olunan elektron arayış banklarda kredit verilməsi üçün sənədlər toplusunun yığılışını sadələşdirir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, elektron arayışı  www.e-gov.az saytına daxil olaraq onlayn qeydiyyatdan keçməklə və ya bankın filiallarında quraşdırılmış xüsusi komyuterlər vasitəsilə formalaşdırmaq mümkündür.  Daha ətraflı məlumat almaq üçün vətəndaşlar Portalın operatoru ilə 157 qısa nömrəsi ilə əlaqə saxlaya bilərlər. 

Ən sərfəli krediti almaq üçün müraciət et