NIKOIL | Bank vakansiya elan edir | Banco.az

NIKOIL | Bank vakansiya elan edir

Pərakəndə kreditləşmə departamentinin direktoru- «NİKOYL» İKB

Təhsil- Ali təhsil

İş təcrübəsi- 3 ildən 6 ilədək müvafiq rəhbər vəzifəsində iş təcrübəsi

Tələblər:

  • Ali təhsil
  • İş təcrübəsi: 6 ildən az olmayaraq. Rəhbər vəzifəsində iş təcrübəsi: 3 ildən az olmayaraq.
  • Tələb olunan bilik və bacarıqlar:
  • Danışıqların aparılması qabiliyyəti;     
  • Kreativlik,
  • İşgüzar aktivlik;
  • Qərarların qəbul edilməsi və üzərinə məsuliyyətin götürülməsi bacarığı;
  • Rus və azərbaycan dillərində səlis danışıq qabiliyyəti (digər xarici dilləri bilməsi üstünlükdür).

Vəzifələr:

  • Bankın pərakəndə kreditləşmə istiqamətinin strateji və əməliyyat planlaşdırılması.
  • Satış nöqtələsində pərakəndə kreditləşmənin planlaşdırılması və effektiv satışına nəzarət,  satış planının icrası (verilmiş kreditlərin həcmi və sayı).
  • Bankın pərakəndə şəbəkəsinin, satış kanallarının və pərakəndə kreditləşmə məhsullarının paket təkliflərinin inkişafı, pərakəndə kreditləşmə məhsullarına fərdi şərtlərin tətbiq edilməsi.
  • Müştəri bazasının istifadəsi və kross satışların həyata keçirilməsi məqsədilə biznes növləri ilə qarşılıqlı əlaqələrin qurulması,  məhsulların paketləşdirilməsi sisteminin və pərakəndə biznes məhsulları üzrə loyallıq sisteminin hazırlanması.
  • Pərakəndə kreditləşmə məhsullarının həyata keçirilməsi üçün partnyorların axtarışı və partnyor əlaqələrinin qurulması, yeni satış kanallarının qurulması, pərakəndə kreditləşmə məhsulları üzrə fərdi şərtlərin təqdim olunması.
  • Pərakəndə kreditləşmə məhsullarının hazırlanması, pilot tətbiqi, tirajlaşdırmada iştirakı, modifikasiyası, pərakəndə kreditləşmə məhsullarının təqdim edilməsi üzrə fərdi sxemlərin hazırlanması, məhsullarının verilməsinin dayandırılması.
  • Kredit prosesinin təşkili metodologiyasının hazırlanması, nəzarət və Satış nöqtələrində kredit prosesinin təşkilinin müşahidəsi, Satış nöqtələrində qərarların qəbul edilməsi üzrə ümumi səlahiyyətin nəzarəti, kredit portfeli üzrə hesabatların tərtib olunması.
  • Kreditləşmə risklərinin qiymətləndirilməsi, pərakəndə biznes üzrə potensial borcalanlara kreditin verilməsi barədə müqavilələrin hazırlanması.
  • Bankın pərakəndə kreditləşməsinin effektiv təşkil olunması, pərakəndə kreditləşmə personalının rasional istifadəsi.

Xahiş olunur CV-nizi hr@nikoil.az  elektron ünvanına başlıq yerində vakansiyanın adını qeyd edərək göndərəsiniz 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et