NIKOIL | Bank kapitallaşma prosesini sona çatdırdı! | Banco.az

NIKOIL | Bank kapitallaşma prosesini sona çatdırdı!

NIKOIL | Bank-ın nizamnamə kapitalının  150 mln. manatadək artırılması başa çatdı.Bankın əsas səhmdarı olan “TOPAZ İNVESTMENTS” QSC Bakı Fond Birjasında yerləşdirilən səhmlərin emissiyasını tam aldı. Beləliklə, bankın kapitalının ümumi məbləği 184 mln. 500 min AZN təşkil edir.

Bankın son benefisiarı – Vahid Ələkbərov Bankın kapitallaşmasının uğurla sona çatdırılması və Bankın inkişafının yeni mərhələsinin başlanması münasibətilə Müşahidə Şurasını və  Bankın menecmentini təbrik edir. Cənab Ələkbərov etibarvə sədaqətinə görə Bankın müştərilərinə  öz minnətdarlığını bildirir, Bankın Azərbaycanın biznes sahələrinin və əhalisinin maraqlarına uyğunuzun və səmərəli xidmət göstərəcəyini vurğulayır.

Bank rəhbərliyi Bankın inkişafı naminə edilmiş sərmayəyə görə əsas səhmdara dərin minnətdarlığını bildirir. NIKOIL | Bankmüştərilərinə ən etibarlı və müasir xidmətlər göstərmək və ölkənin iqtisadiyyatının inkişafına layiqli töhfəsini vermək üçünyeni mərhələyə keçir.

Ən sərfəli kredit üçün müraciət et

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və  qabaqcıl satış şəbəkəsi olan  universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az  səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil

 

Ən sərfəli krediti almaq üçün müraciət et