NIKOIL | Bank debet kartları üzrə nağdlaşdırma komissiyası indi 0% | Banco.az

NIKOIL | Bank debet kartları üzrə nağdlaşdırma komissiyası indi 0%

NIKOIL | Bank daima olduğu kimi müştərilərin qayğısına qalaraq onların rahatlığı üçün yeniliklər tətbiq edir.  Bugündən etibarən NIKOIL | Bank özbankomat və pos-terminal şəbəkələrində nağd pulun çıxarılması üçün bütün komissiyaları ləğv edir. İndinöv və dəyərindən asılı olmayaraq  debet plastik kart sahibi olan hər kəs həm müasir ödəniş sisteminə malik olur, həm də komissiyalar üzrə tam güzəşt əldə edir.  Göstərilən şərtlər həm mövcud, həm də yeni müştərilər üçün keçərlidir.  Bugün NIKOIL | Bank-ın plastik kartlar üzrə məhsul çeşidində Visa Electron, Visa Classic, Visa Gold, Visa Platinum, MasterCard Maestro, MasterCard Standard və MasterCard Gold kimi plastik kartlar təqdim olunur. Qeyd edək ki, Visa Platinum kartını əldə edərkən sizə Priority Pass kartı hədiyyə edilir. Bu kart vasitəsilə dünyanın istənilən hava limanlarının VİP istirahət məkanlarından sərbəst istifadə edə bilərsiniz.

NIKOIL | Bank-dan plastik kart əldə etməyə tələsin!

Ən sərfəli kredit üçün müraciət et

Daha ətraflı məlumat üçün Bankın 981 qısa nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et