Nikoil bank 2014-cü ilin yekunları və 2015-ci ilə olan planlardan danışıb | Banco.az

Nikoil bank 2014-cü ilin yekunları və 2015-ci ilə olan planlardan danışıb

Nikoilin 2014-cü ili necə yekunlaşdırması və 2015-ci il ilə bağlı nə planlar qurması haqda bizə Nikoil Bankın darə Heyətinin sədri Vasili Xamaza yanvarın 12-də KİV nümayəndələri ilə keçirilən mətbuat konfransında məlumat vermişdir.

Vasili Xamazanın sözlərinə görə, 2014-cü il, bəzi çətinliklər istisna olmaqla, Nikoil üçün uğurlu olub, amma onlar da olmalıdır, onlarsız heç irəliyə getmək mümkün olmazdı.

 "Bizim səhmdarlar qarşısında götürdüyümüz xalis mənfəətin həcminə görə öhdəliklərimiz 110% yerinə yetirilib, ilin yekunları üzrə bankın maliyyə nəticəsi  5,2 mln. manat təşkil edib. Səhmdarların qərarı ilə mənfəətin 2 mln. manatdan yuxarı  məbləğdə bir hissəsi məqsədli ehtiyatların formalaşmasına yönlənrilib. 2014-ci ildə Nikoilbank bazarda ən yüksək rezervlərə sahib banklardan oldu, bundan əlavə  ötən il ərzində 2,5 mln. manatdan artıq vergi ödəyərək ən iri vergi ödəyicilərindən biri olub. Komisyon gəlirləri üzrə planlar artıqlaması ilə yerinə yetirilib və ilin sonuna 6.7 mln. manat təşkil edib. Əhalinin əmanətləri 173,7 mln. manat təşkil edib və hesabat dövrü ərzində 25% artıb. Qeyd edim ki, bu bizim üçün çox yaxşı bir göstəricidir", - Bankın rəhbəri bildirib.

V. Xamaza bildirib ki, kredit portfelinin həcmi ilin sonuna 163 mln. manat təşkil edib, yəni bir il ərzində o 20% artıb, nağd kredit verilməsinin həcmi isə 110 mln. manat təşkil edib.

"İpoteka portfeli 13,3 mln. manat artıb, amma avtokreditlərin həcmi 23,7 mln. manat azalıb ki, bu da bizdən asılı olmayan səbəblərdən baş verib. Müştərilərin sayı 2014-ci ildə 25 min nəfər artıb. Biz həmçinin "TeleKart" taksit layihəsini başlamışıq, bu gün bizim artıq 100 tərəfdaşımız var. 2014-cü ildə biz üç filial açmışıq və onlardan ikisi regional filiallardır, və artıq qazanc gətirirlər. 2015-ci illərdə biz Bakı və regionların birində daha üç filial açmağı planlaşdırırıq, lakin hələ ki, dəqiq yer təyin olunmayıb. Biz onları ilin birinci yarısında açmağı planlaşdırırıq ki, ilin sonunda artıq aydın olsun onların nə qədər mənfəətli olacaq. Ümumilikdə bankın faiz gəlirləri 27% artaraq 43 mln. manata çatmışdır, və bu göstəricilərlə biz Azərbaycan banklarının top-7-liyinə daxil olduq, aktivlərinin həcminə görə 10-cu yer, fiziki şəxslərin depozit portfelinə görə 6-cı yer, kredit portfelinə görə 9-cu yer, məcmu kapitalına görə isə 10-cu yeri tutub. Bunlar hamısı bizi yalnız sevindirir, deməli, biz əbəs yerə çalışmırıq", - V. Xamaza bildirib.

 Onun sözlərinə görə, 2015-ci ildə Nikoilbank əsasən bu iki göstəricinin artırılması üzərində işləməli olacaq - müştəri loyallığı və əməkdaşların cəlb olunması. Bu göstəricilərin qiymətləndirilməsi üçün beynəlxalq əmsallardan istifadə olunacaq. Bununla əlaqədar müştərilərin loyallığını 25% artırmaq niyyətindəyik, çünki MDB ölkələrində bu orta göstərici 2014-cü ilin yekunları üzrə 39% təşkil edib. Əməkdaşların işdə iştirak səviyyəsini 2020-ci ilədək 77%-dək qaldırmaq niyyətindəyik.

Ən sərfəli kredit üçün müraciət et

 "2015-ci ildə biz pərakəndə kreditləşmə zamanı ölçülüb-biçilmiş siyasəti planlaşdırırıq, kiçik və orta biznesin çox yüksək sürətlə kreditləşdirilməsi yolu ilə 7 mln. manatdan çox mənfəət qazanmaq istəyirik. Kiçik və orta biznesin kreditləşdirilməsi həcmləri üzrə biz 2014-cü ildə artıq nəticəyə nail olmuşuq və eyni zamanda 44%, yəni 17 mln. manat artım etməklə bu il 60 mln. manata qədər artırmağı planlaşdırırıq. Başa düşürük, planlar iddialıdır, ancaq bizim bugünkü şəraitdə reallaşdırılmaları tam mümkündür. Depozit portfelinin həcmini 194 mln. manat səviyyəsinə çatdıraraq, pərakəndə kreditləşmənin həcmində  21 mln. manat, fiziki şəxslərin əmanətlərinin həcmində  isə 15 mln. manat məbləğində artım planlaşdırırıq. Qeyd etmək istəyirəm ki, biz ötən ilin sonunda PwC şirkəti və “Uralsib” maliyyə korporasiyası ilə birgə bankın 2020-ci ilə qədər altı illik inkişafın strategiyasının hazırlanmasına başlamışıq. Bizim üçün bu planın tətbiqi olması vacibdir, və məhz onda biz bütün məqsədlərimizi və əsas vəzifələrimizi əks etdirəcəyik. Bunu 2015-ci ilin mayında başa çatdırmağı planlaşdırırıq", - V. Xamaza bildirib.

 2015-ci il Nikoil bank üçün beynəlxalq reytinq almazdan qabaqki son il olacaq, və bu imicini daha da artırmağa imkan verəcək, bankın müştəriləri tərəfindən böyük etibar və etimad təmin edəcək.

 Rusiya iqtisadiyyatında baş verənlərin, xüsusilə, rublun məzənnəsinin kəskin aşağı düşməsinin Nikoil bankın aktivlərinə və gəlirlərinə təsiri ilə bağlı suala V. Xamaza, onların passivlərinin strukturu Rusiya kapitalından az asılı olduğunu, ona görə də Rusiyadakı vəziyyətin onlara elə bütövlükdə bazara etdiyi təsiri etdiyini bildirdi.

 "2014-cu ilin iyulundan dekabrına qədər pul köçürülməsi proseslərinə baxsaq, onların azaldığını görərik. Rublla olan komisyon pul köçürmələri  200 min rubl təşkil edib və əgər onlar hətta iki dəfə azalacaq olsalar da Nikoil bank ciddi ziyan görməyəcək. Rublun ucuzlaşması əsasən kiçik və orta sahibkarların biznesində öz sözünü dedi. Müştəriləri qorumaq üçün, biz sahibkarlıq kreditlərinin müddətində möhlət verməyi planlaşdırırıq. Xüsusilə, kiçik və orta biznes üçün ayrılmış kreditlərin müddətinin indiki 18 aydan 24 ilə qədər", - bankın rəhbəri bildirib.

 Sonda Vasili Xamaza keçirdiyi mətbuat konfransında iştirak etdikləri üçün jurnalistlərin hər birinə təşəkkür etdi və söz verdi ki, belə görüşlər daha tez-tez keçiriləcək.

Ən sərfəli krediti almaq üçün müraciət et