“NBC Bank”-da əmanətlərin həcmi artıb | Banco.az

“NBC Bank”-da əmanətlərin həcmi artıb

01 aprel 2014-cü il tarixinə, NBC Bankda fiziki və hüquqi şəxslərin depozit portfeli 63 milyon manata yaxınlaşıb. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 45% artım deməkdir. Cari ilin 1-ci rübü ərzində isə bankın depozit portfelində 10% civarında artım qeydə alınıb. Hesabat dövrü ərzində fiziki şəxslərdən qəbul edilən depozit növlərində artım daha çox nəzərə çarpıb ki, bu da bank tərəfindən pərakəndə bankçılığın inkişafı istiqamətində aparılan tədbirlər silsiləsinin tərkib hissəsidir.

Ən sərfəli kredit üçün müraciət et

Depozit portfelinin artımı müştərilərin banka olan inam və etibarının, eləcə də bankın davamlı və dayanıqlı inkişafda olduğunun bir göstəricisidir.

Əlaqə: (012) 932

“NBC Bank” - hər zaman yanınızda!

Ən sərfəli krediti almaq üçün müraciət et