Muğanbankdan təqaüdçülərə müjdə! | Banco.az

Muğanbankdan təqaüdçülərə müjdə!

“Qayğısız təqaüdçü” kreditinin şərtlərində yenilik!

Muğanbank təqaüdçülər üçün nəzərdə tutulmuş “Qayğısız təqaüdçü” kreditinin şərtlərində yeniliklər etmişdir. Yeni şərtlərə əsasən kredit alanın maksimal yaş həddi 70 yaşdan 75 yaşadək artırılmışdır.

“Qayğısız təqaüdçü” kreditini əldə etmək üçün sadəcə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondundan arayış və şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir.

Kreditin əsas üstünlüklərindən biri də 10 000 manatadək və zaminsiz olmasıdır.

Təqaüdçülər Muğanbankın istənilən filialına yaxınlaşaraq operativ, rahat və qısa zaman ərzində “Qayğısız təqaüdçü” kreditini əldə edə bilərlər.

Məhsul haqqında ətraflı məlumat almaq üçün növbəti səhifəyə keçid ala bilərsiniz:http://www.muganbank.az/retail/loans/types-of-loans/

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Muğanbank müştərilərə hesab açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. bank xidmətləri təklif edir.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 31 filialı və 6 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.  “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Ən sərfəli krediti almaq üçün müraciət et