Mərkəzi Bank tərəfindən pul nişanlarının ekspertizasının təşkili mövzusunda növbəti seminar keçirilib | Banco.az

Mərkəzi Bank tərəfindən pul nişanlarının ekspertizasının təşkili mövzusunda növbəti seminar keçirilib

Mərkəzi Bank tərəfindən kommersiya bankları üçün nəzərdə tutulmuş silsilə tədbirlər çərçivəsində “Bank Respublika” ASC-nin baş ofisində bankın müvafiq əməkdaşları üçün pul nişanlarının ekspertizanın təşkili mövzusunda nəzəri-praktiki seminar keçirilmişdir.

Seminar iştirakçılarına pul nişanlarının mühafizə fəlsəfəsi, bank sistemində pul nişanlarının ekspertizasının təşkili və aparılması mövzusunda prezentasiya təqdim edilmiş, saxta pul çapına qarşı mübarizədə Mərkəzi Bankın rolu, həyata keçirdiyi siyasət və s. barədə məlumatlar verilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Seminar zamanı iştrakçılar tərəfindən kommersiya banklarında tətbiq olunan texnoloji sistemlərlə aparılan nağd əməliyyatlarda saxta əskinasların müəyyən olunmaması riskləri, xarici valyutaların ekspertizasının keçirilməsi prosedurları barədə verilən suallar cavablandırılmış və müzakirələr aparılmışdır.

Seminarın sonunda kommersiya banklarında əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, milli valyutanın saxtalaşdırılması risklərinin minimallaşdırılması və əməkdaşların bu sahədə maarifləndirilməsi üçün Mərkəzi Bank tərəfindən davamlı tədbirlərin həyata keçirildiyi və bu sahədə banklara müvafiq texniki yardımların göstərildiyi bildirilmişdir.

Ən sərfəli krediti almaq üçün müraciət et