“MOODY’S” UNİBANKın REYTİNQİNİ ARTIRIB | Banco.az

“MOODY’S” UNİBANKın REYTİNQİNİ ARTIRIB

«Moody’s Investors Service» Beynəlxalq agentliyi «Unibank» ASC-nin reytinq qiymətləndirməsi üzrə proqnozlarını «pozitiv»ə qədər yüksəldərək, bir daha Bankın uzunmüddətli öhdəliklər reytinqini «B2» səviyyəsində təsdiqləyib. Bankın maliyyə dayanıqlılığı reytinqini isə agentlik «E+» səviyyəsində dəyərləndirib.

Beynəlxalq  agentliyin reytinq proqnozunu yüksəltməsinə səbəb, bankın yaxşı kapitallaşması və təkmilləşdirilmiş gəlirliyidir. Agentlik ekspertlərinin rəyinə görə, Unibank son illərdə  sağlam aktivlərin keyfiyyətini daha da artırıb və möhkəm gəlirliliyə nail olub. Çoxsahəli maliyyə profili, girovsuz istehlakçı kreditlərinin yüksək artımı və  pərakəndə müştərilərin françayzinqinin aktivliyi Moody’s agentliyinin Unibankla bağlı reytinq proqnozlarının “stabil”dən “pozitiv”ə yüksəltməsinə səbəb olub. «Moody’s» ekspertləri təsdiq edirlər ki, Bank reytinqinin daha da yüksəlməsi imkanları, gələcəkdə əsas maliyyə göstəricilərini davamlı yaxşılaşdırmaq iqtidarında olmasından asılıdır.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bu günlərdə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi də “Unibank” KB ASC-nin uzunmüddətli reytinqini  B «stabil» səviyyəsindən B «pozitiv»ə yüksəldib.

Ətraflı məlumatı 117  nömrəsindən  əldə etmək olar.

Unibank- hər kəsin bankı