Moody's “ABB-Moskva”nın reytinqini yüksəltdi | Banco.az

Moody's “ABB-Moskva”nın reytinqini yüksəltdi

Moody's beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının törəmə bankı olan “Azərbaycan Beynəlxalq Bankı-Moskva”nınyerli və xarici valyutada  uzunmüddətli depozit reytinqini “В3”səviyyəsindən“В2” səviyyəsinəqədərartırıb. Bankın kredit qabiliyyətinin qiymətləndirilməsi (BCA) b3-dən b2 pilləsinə yüksəlib. Eyni zamanda, uzunmüddətli risk qabiliyyəti də indi B-2 deyil, daha yüksək B-1 səviyyəsində dəyərləndirilib. Bankın uzunmüddətli depozit reytinqi üzrə proqnoz stabil qiymətləndirilib.

Bu reytinq “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində Azərbaycan hökumətinin Banka dəstəyindən sonra “ABB-Moskva”nın getdikcə güclənən mövqeyi ilə bağlı Moody's-in rəyini əks etdirir. 2016-cı ilin ikinci rübündə “ABB-Moskva”nın nizamnamə kapitalının 2 milyard rubla qədər artırıldığı, beləliklə, bankın kapitalının 70% genişləndiyi qeyd edilir. Agentliyin rəyinə əsasən, 01 sentyabr 2016-cı il tarixə "Bazel III" normativləri üzrə “ABB-Moskva”nın məcmu kapitalının adekvatlığı (Н1.0) və 1-ci dərəcəli kapitalın nisbəti (Н1.2) 22,4% və müvafiq olaraq 8,3%  artıb ki, bu da Rusiya Federasiyası Mərkəzi Bankının tələblərindən yüksəkdir.

Ən sərfəli kredit üçün müraciət et

 Moody's eskpertləri ümid edir ki, Azərbaycan Beynəlxalq Bankınınkapital artımı və aktivlərinin sağlamlaşdırılması yaxın 12-18 ayda da davam etdiriləcək. Problemli kreditlərinin azalmasına, mənfəətliyinin bərpasına, eləcə də Azərbaycan Beynəlxalq Bankının depozit reytinqinin yüksəlməsinə müvafiq olaraq “ABB Moskva”nın reytinqi daha da yüksələ bilər. 

Ən sərfəli krediti almaq üçün müraciət et