Mərkəzi Bankda növbəti qanvermə aksiyası keçirilmişdir | Banco.az

Mərkəzi Bankda növbəti qanvermə aksiyası keçirilmişdir

Mərkəzi Bankda korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirilən ənənəvi tədbirlərdən biri kimi Azərbaycan Talassemiya Federasiyasının əməkdaşlarının, həmçinin B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının mobil işçi qrupunun iştirakı ilə növbəti qanvermə aksiyası keçirilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Qanvermə aksiyasında könüllü iştirak edən Mərkəzi Bankın əməkdaşları əvvəlcə tibbi müayinədən keçirilmiş və 50 nəfərə yaxın əməkdaşdan qan götürülmüşdür.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et