”Marketing Kingdom” beynəlxalq konfransı keçiriləcək | Banco.az

”Marketing Kingdom” beynəlxalq konfransı keçiriləcək

 Bu ilin 16-17 aprel tarixlərində Bakıda sayca üçüncü ”Marketing Kingdom” beynəlxalq konfransı keçiriləcək. Tədbirin sponsoru ölkənin aparıcı banklarından biri olan PAŞA bankdır.

Ötən illərdə olduğu kimi, “The P World” agentliyinin təşkilatçı olduğu bu tədbir dünyanın ən məşhur marketoloqlarını, həmçinin satış, korporativ kommunikasiya və brendinq sahəsində aparıcı mütəxəssisləri bir auditoriyada toplayacaq. “Google”, “Unilever”, “P&G”, “Twitter”, “BBC”, “Visa International”, “Rolls Royce” və s. dünyaca məşhur şirkətlərdə iş təcrübəsinə malik ekspertlər istehlak və rəqəmsal marketinq, mal və xidmətlərin təbliğ olunmasında sosial medianın istifadəsi və s. mövzularda təcrübəsini bölüşəcək.

Ən sərfəli kredit üçün müraciət et

Hər il bir neçə ölkədə keçirilən ”Marketing Kingdom” beynəlxalq konfransı Avropada ən iri marketinq hadisələrindən biri sayılır. Keçən illərdə də PAŞA Bank tədbirin “QIZIL” sponsoru olmuşdur.