“Komissiyasız Yeni İl” aksiyası 31 yanvaradək davam edəcək | Banco.az

“Komissiyasız Yeni İl” aksiyası 31 yanvaradək davam edəcək

“DəmirBank”ın yeni il münasibətilə keçirdiyi “Komissiyasız Yeni İl” aksiyası artıq başlayıb. Aksiyanın şərtlərinə görə 10 min manat məbləğinə qədər mikro və ya istehlak kredit məhsullarını əldə etmək istəyən müştərilərə rəsmiləşdirmə və nağdlaşdırma üzrə komissiya tətbiq edilməyəcək.  Müştəri aksiya çərçivəsində yalnız bir kredit məhsulundan yararlana bilər.

“Komissiyasız Yeni İl” aksiyası 31 yanvaradək davam edəcək.

“DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, mebel və məişət texnikası kreditləri və digər istehlak kreditləri mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

Ən sərfəli krediti almaq üçün müraciət et