Kapital Bankdan xanımlar üçün ikiqat endirim | Banco.az

Kapital Bankdan xanımlar üçün ikiqat endirim

Kapital Bank 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə nağd pul kreditləri üzrə endirim kampaniyası elan edib. 1 martdan 7 marta qədər nağd pul krediti almaq üçün Kapital Banka müraciət edən hər bir xanım müştəri həm kreditin illik faiz dərəcəsində, həm də komissiya haqlarında 2% endirim qazanacaq.

Bank 6000 manatadək nağd pul kreditlərini ilkin mərhələdə özünün maaş və pensiya kart sahibləri üçün düşünüb. Kampaniya müddətində kreditlər 24%-dən başlanan illik faizlə, 36 ayadək müddətə təqdim olunur. Kreditlər zaminsiz, girovsuz və iş yerindən arayış təqdim olunmadan verilir. Üstəlik, kreditlərin aylıq ödənilməsi də çox rahatdır. Ödənişləri Bankın filial və şöbələri ilə bərabər, Banka gəlmədən www.kapitalbank.az internet saytı vasitəsilə online rejimdə də həyata keçirmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Müştərilər bu sərfəli krediti Kapital Bankın filiallarında həftəiçi hər gün saat 9:00-dan 17:00-a qədər, şənbə günləri isə 10:00-dan 14:00-a qədər ala bilərlər. Əlavə olaraq, digər banklarda aktiv öhdəliyi olan müştərilərə də kredit verilir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 11 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Sorğu Mərkəzinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et