Kapital Bank Visa ilə birgə yeni lotereya aksiyasına start verib. “Visa ilə al, Braziliyaya gəl!” devizi altında keçirilən lotereyanın 2 əsas qalibinin hər biri Braziliyaya 2014-cü il Futbol üzrə Dünya Çempionatına 2 nəfərlik 4 günlük səyahət paketi qazanacaq. 400 iştirakçıya isə digər müxtəlif hədiyyələr veriləcək.
Lotereyada iştirak etmək üçün Visa kartı sahibləri 10 mart-30 aprel 2014-cü il müddətində Visa kartı vasitəsilə Azərbaycan Respublikası ərazisində, internetdə, o cümlədən xarici internet-saytlarda və ya xaricdə istənilən məbləğə mal və ya xidmətin ödənişi üzrə ən azı bir əməliyyat aparmış olmalıdırlar. Hər əməliyyat bir uduş şansı deməkdir. Belə bir əməliyyat aparan hər kəs avtomatik, lotereyanın iştirakçısı sayılır.
Lotereyada Azərbaycan Respublikasının vətəndaşı olan və Kapital Bankın Visa Electron, Visa Classic, Visa Gold, Visa Platinum, Visa Infinite, Visa Virtual kartlarından istənilən birinin sahibi olan hər bir şəxs iştirak edə bilər. Bu barədə daha ətraflı məlumatı Kapital Bankın filiallarından və ya 196 nömrəli müştəri xidmətindən əldə etmək olar.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 11 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli müştəri xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.