Kapital Bankda oktyabr ayının qalibləri müəyyənləşdi | Banco.az

Kapital Bankda oktyabr ayının qalibləri müəyyənləşdi

Kapital Bankın filiallarında bank məhsulu və xidmətlərinin satışı ilə məşğul olan işçilərin əməyinin stimullaşdırılması məqsədilə keçirilən müsabiqənin oktyabr ayı üzrə qalibləri məlum olub. Oktyabrda «Depozit cəlbetmə üzrə ən yaxşı satış meneceri» nominasiyasının qalibləri: Nəzrin Hacıyeva (Bakı şəhər filialı), Töhfə Abbasova (Quba rayon filialı); «Ən çox ödəniş kartı satan satış meneceri» nominasiyasının qalibi Şəbnəm Quliyeva (2 saylı Nəsimi rayon filialı), «Xəzri» - sürətli pul köçürmələri üzrə ən yaxşı satış meneceri» nominasiyasının qalibləri Afaq Əskərova (Bakı şəhər filialı) və Əminə Hətəmova (Gəncə şəhər filialı); «Kommunal xidmətlər üzrə Banka ən çox qazanc gətirən satış meneceri»  nominasiyasının qalibləri Xatirə Nəbiyeva (1 saylı Sumqayıt şəhər filialı) və Sevda İmanova (Şirvan şəhər filialı); «Xəzri Ukraynada» sürətli pul köçürmələri üzrə ən yaxşı satış meneceri» nominasiyasının qalibi Aynur Cəlilova (2 saylı Nizami rayon filialı), “Riteyl xidmətləri üzrə (SMS İnfo, SMS-Banking, Internet-Banking) ən çox müştəri qoşan satış meneceri” nominasiyasının qalibi Leyla Nağıyeva (Kəpəz rayon filialı) olub.  
Qaliblərə bank rəhbərliyi adından qiymətli hədiyyələr və təşəkkürnamələr təqdim olunub. Müsabiqə növbəti aylar üzrə də davam etdiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et