Kapital Bank özünün yeni taksit kartını təqdim edir! | Banco.az

Kapital Bank özünün yeni taksit kartını təqdim edir!

Kapital Bank özünün yeni taksit kartını – Kapitalkart-ı müştərilərin istifadəsinə təqdim edir.

Kapitalkart Kapital Bankla əməkdaşlıq edən ticarət və xidmət obyektlərində, partnyor olmayan ölkədaxili və ölkəxarici ticarət və xidmət nöqtələrində, həmçinin  internetdə mal və xidmətlərin dəyərini hər ay bərabər hissələrlə ödəmək imkanı verən faizsiz kredit kartdır. Kapitalkart müştərilərə pulsuz təqdim olunur. Xərclənən məbləğ avtomatik olaraq 1-12, 18 və ya 24 aya bölünür.

Kapitalkart-la Kapital Bankın bankomatlarından nağd pul əldə etmək və nağdlaşdırılan məbləği 1, 3 yaxud 6 aylıq taksitlə ödəmək mümkündür. Borc ödənildikcə kartın limiti bərpa olunur. Kapitalkart pulsuz olaraq Kapital Bankın SMS-banking xidmətinə də qoşulur.

Kapital Bankın maaş və ya pensiya kartına sahib olan müştərilər Kapitalkart-ı ilkin mərhələdə Bankın Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda yerləşən filiallarından əldə edə bilərlər. Yaxın zamanlarda isə Kapitalkart-ı Kapital Bankın bütün filiallarından əldə etmək mümkün olacaq. Bundan ötrü müştərinin şəxsiyyət vəsiqəsi ilə Banka müraciət etməsi kifayətdir.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 8 şöbəsi ilə hər zaman xidmətinizdədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et