Kapital Bank möhtəşəm aksiyaya start verdi | Banco.az

Kapital Bank möhtəşəm aksiyaya start verdi

Kapital Bank ənənələrinə sadiq qalaraq öz müştərilərini növbəti xoş xəbərlə sevindirdi. Müqəddəs Ramazan bayramı və yeni dərs ili ərəfəsində bank avqust ayından etibarən Azərbaycan və Rusiya arasında faizsiz sürətli pul köçürmələrinə başlayır. Kampaniya avqust ayının 31 -dək davam edəcək. 
Avqust ayının birindən  Kapital Bankın və onun Rusiyadakı tərəfdaşları «Пробизнесбанк» (bütün Rusiya üzrə 205 filial), «Столичный Кредит»  (Moskvada 2 filial) filiallarında «XƏZRİ» pulköçürmə sistemi ilə Azərbaycan və Rusiya arasında edilən köçürmələrə görə müştərilərdən komissiya haqqı alınmayacaq. 
Kampaniya barədə, həmçinin “Пробизнесбанк”ın ünvanlarının tam siyahısı ilə Kapital Bankın www.kapitalbank.az saytından, Bankın filial və söbələrindən və 196 nömrəli Müstəri Xidmətindən ətraflı məlumat almaq olar. 
Xatırladaq ki, Kapital Bank «XƏZRİ» sürətli pulköçürmə sistemini 2007-ci ildən müştərilərin istifadəsinə verib. «XƏZRİ» hazırda Rusiyadan başqa Ukraynada və Gürcüstanda da tətbiq olunur.
 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et