Kapital Bank kredit aksiyası keçirir | Banco.az

Kapital Bank kredit aksiyası keçirir

Kapital Bank energetiklər üçün  kredit aksiyası keçirir.

Həyatın mövcüdluğu üçün enerji, su və hava qədər vacibdir. Müasir dövrdə həyatımızı enerjisiz təsəvvür etmək mümkün deyil. Bu gün evlərimizə həmin o enerjini və hərarəti bəxş edən insanların — energetiklərin peşə bayramı günüdür.  

Kapital Bank əhalini elektrik enerjisi ilə təmin edən bütün energetika işçilərini bu əlamətdar gün münasibətilə təbrik edir və onlara fəaliyyətlərində  uğurlar arzulayır.

Bununla əlaqədar, 19-24 oktyabr tarixləri arası Kapital Bank energetiklər  üçün illik 27%-lə bankın mövcüd gündəlik tələbat kreditlərindən yararlanmaq imkanı təklif edir.

Ən sərfəli kredit üçün müraciət et

Göstərilən tarixlərdə şərəfli peşə sahibləri  0% komissiya ilə 15000 AZN-dək və 36 ay müddətinədək kredit əldə edə bilərlər. Kapital Bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Endirim kampaniyası haqqında daha ətraflı məlumat əldə etmək üçün www.kapitalbank.az saytına, 196 nömrəli Sorğu Mərkəzinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir.

Ən sərfəli krediti almaq üçün müraciət et