Kapital Bank ilkə imza ataraq Bakıda sensor ekranlı bankomatlar quraşdırıb | Banco.az

Kapital Bank ilkə imza ataraq Bakıda sensor ekranlı bankomatlar quraşdırıb

Kapital Bank bankomat şəbəkəsini genişləndirir.

Azərbaycanda ən geniş ATM şəbəkələrindən birinə sahib olan Kapital Bank, ölkənin bütün regionlarını əhatə etməklə, bankomatların sayını 550 vahidə çatdırıb. Daima öz müştərilərinin rahatlığını düşünən Kapital Bank, ölkə üzrə bankomat şəbəkəsini genişləndirməklə ən ucqar yaşayış məntəqələrində yaşayan insanların da bankomatdan istifadə etməyinə şərait yaradır.

Kapital Bank müştərilərin istəyini nəzərə alaraq, bir sıra rayon və şəhərlərdə bankomatlarının sayını artırıb.Belə ki, Bakı, Gəncə və Şəki şəhərlərində, həmçinin, Abşeron rayonunun Digah qəsəbəsində, Beyləqan rayonunun Əhmədli və Dünyamalılar, Füzuli rayonunun Böyük Bəhmənli, İmişli rayonun isə Sarxanlı kəndlərində əlavə yeni bankomatlar quraşdırılıb. Bütün bankomatlarda “Cash by Code” xidmətindən faydalanmaq  mümkündür. “Cash by Code” xidməti  bank kartından istifadə etməklə, nağd pul vəsaitlərinin bank kartı olmayan şəxslərə bankomat vasitəsi ilə köçürmək imkanı yaradır. Kapital Bank plastik kartlarının sahibləri isə bankomatlar vasitəsilə həm də kommunal xərcləri və mobil operatorların xidmətinə görə ödənişi həyata keçirə bilərlər.

Bakı şəhəri ərazisindəki mövcud bakomatların bəziləri isə yeniləri ilə əvəz olunub. Quraşdırılan ATM-lər çoxfunksionallığı ilə fərqlənir. Müasir texniki imkanlara malik həmin bankomatlar mini-klaviatura ilə yanaşı sensorlu ekranla da təchiz edilib. Bundan əlavə, Kapital Bank “Cash-in” funksiyalı ATM-lərin də sayını artırıb. Bu xidmət standart əməliyyatlardan başqa Kapital Bankın plastik kart sahiblərinə banka gəlmədən, gunün istənilən vaxtında “Cash-in” tipli bankomatlar vasitəsi ilə  kart hesablarına nağd pul vəsaitini mədaxil etmək imkanı verir. “Cash in” tipli bankomatların siyahısı və ünvanı ilə kapitalbank.az internet səhifəsində  tanış olmaq olar.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Kapital Bankın müştəriləri kredit ödənişlərini “e-pul.az”, “kassam.az”, “hesab.az” portalları ilə yanaşı “eManat” və “MilliÖn” terminallarında, habelə Kapital Bankın filiallarında və pay.kapitalbank.az  saytında  həyata keçirə bilərlər. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Sorğu Mərkəzinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et