Kapital Bank Beynəlxalq yarışların baş sponsorudur | Banco.az

Kapital Bank Beynəlxalq yarışların baş sponsorudur

“Kapital Bank” ASC Azərbaycan Gimnastika Federasiyasının keçirdiyi bütün yarışların baş sponsorudur. Gimnastika Federasiyası tərəfindən keçirilən beynəlxalq yarışlara Kapital Bankın sponsorluq etməsi Bankımızın imicinə çox müsbət təsir göstərir. 
Sizi, fəxr hissi ilə 2013-cü il 8 iyun saat 10:00-da keçiriləcək 20-ci İdman və Akrobatika gimnastikası, habelə 11-ci Tamblinq üzrə birgə yarışlara dəvət edirik!
Yarış “Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcəkdir. 
Ünvan: Bakı şəhəri, Babək prospekti 23/16, Xalqlar dostluğu metrostansiyasının yaxınlığı 
7 iyunda yarışların təntənəli açılış mərasimi olacaqdır. 
8 iyunda, şənbə-istirahət günü yarışlar başlayacaqdır. 
İstirahət günündə ailə üzvlərinizlə birlikdə bu gözəl yarışlara baxmaqla gününüzü çox mənalı və xoş keçirəcəksiniz!   
Hamınızı bu yarışlara dəvət edirik!

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et