İpoteka kreditləri üzrə güzəştlərdən kimlər yararlana bilər? | Banco.az

İpoteka kreditləri üzrə güzəştlərdən kimlər yararlana bilər?

İpoteka kreditlərinə tələbatı nəzərə alaraq “DəmirBank” həm öz vəsaiti hesabına, həm də Dövlət proqramı çərçivəsində Azərbaycan İpoteka Fondunun (AİF) vəsaiti hesabına əhaliyə adi və sosial ipoteka kreditləri təklif edir.

Dövlət proqramı çərçivəsində verilən ipoteka kreditinin şərtlərinə əsasən adi ipoteka krediti 25 il müddətinə illik 8% dərəcəsilə, sosial ipoteka krediti isə 30 il müddətinə illik 4% dərəcəsilə verilir. Sosial ipoteka krediti digər ipoteka kreditindən yalnız faiz dərəcəsi ilə deyil, həm də müəyyən şəxslərin bu kreditdən faydalana bilməsi ilə fərqlənir. Belə ki, sosial-güzəştli ipoteka kreditindən şəhid ailələrinin üzvləri, milli qəhrəmanlar (özü və ailəsi), məcburi köçkünlər və ya ona bərabər tutulan şəxslər, üç ildən az olmayan müddətdə dövlət qulluqçusu kimi işləyənlər, elmlər namizədi və ya doktoru elmi dərəcəsi olanlar, idman sahəsində xüsusi xidmətləri olan şəxslər yararlana bilərlər. Bunun yanaşı,  üç ildən az olmayan müddətdə hərbi xidmətdə olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçularından başqa) da ipoteka kreditləri üzrə güzəştlərdən istifadə edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailənin (şəxsin) bu güzəştlərdən yalnız bir dəfə yararlanması mümkündür.

“DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit və digər istehlak kreditləri mövcuddur.