İndi borcu olan Bolkart sahibləri də MasterCard-a keçə bilər! | Banco.az

İndi borcu olan Bolkart sahibləri də MasterCard-a keçə bilər!

Bütün Bolkart sahiblərini kartın MasterCard loqolu növü ilə təmin etmək məqsədi ilə “Bank of Baku” müştərilərin cari kart borcunu saxlamaqla əvəzlənməsi prosesinə start verdi. Beləliklə, artıq hər bir Bolkart sahibi kartdakı mövcud borcunu tam ödəmədən belə Bolkart MasterCard ala bilər. Kartın dəyişdirilməsi üçün yeganə şərt müştərinin mənfi kredit tarixçəsinə malik olmamasıdır. Əvəzlənmə üçün müştəri standart Bolkartı “Bank of Baku”-ya təhvil verməlidir.

Bolkart MasterCard ilə yalnız Azərbaycanda deyil, həmçinin MasterCard loqosu olan xarici ölkələrin istənilən ticarət mərkəzində və internetdə də alış-veriş etmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Standart Bolkartın MasterCard Bolkartla əvəzlənməsi zamanı müvafiq Bolkartın hesab nömrəsi və borcu dəyişməz olaraq qalır, kartın müddəti kimi isə yeni Bolkartın müddəti qəbul edilir.

Bolkart müştərilərinin çoxsaylı arzularını nəzərə alaraq “Bank of Baku” əvəzlənmə zamanı kartın balansının dəyişdirilməsi ( artırılması və ya azaldılması) xahişlərini də nəzərdən keçirəcək.

Xatırladaq ki, cari ilin iyun ayında “Bank of Baku” müştərilərə MasterCard loqolu Bolkartın verilməsinə başlayıb

Daha ətraflı: 145 Məlumat Mərkəzi və ya  www.facebook.com/Bolkart