Hövsan qəsəbəsində yenilik | Banco.az

Hövsan qəsəbəsində yenilik

Artıq Hövsan qəsəbəsinin sakinlərinin də öz bankı var. Unibank  daha bir filialını Hövsanda açdı. Qəsəbənin lap mərkəzində yerləşən yeni filial, ərazidə yaşayan paytaxt sakinlərinin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyəcək. Hövsan  filialı, pərakəndə kreditlərin verilməsiylə məşğul olacaq. Həmçinin kiçik və orta biznesin maliyyələşdirilməsi üçün kreditlərin ayrılmasını həyata keçirəcək. Bundan başqa fərdi müştərilər üçün  kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları  və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur. 

Filialların genişləndirilməsi bankın əsas inkişaf prioritetləri sırasındadır. Yeni filialın açılışı ilə Unibankın filial şəbəkəsi  34-ə çatdı.

Ən sərfəli kredit üçün müraciət et

Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az)  əldə etmək olar.

Unibank – hər kəsin bankı.