2015-ci ilin qədəm qoymasına sayılı günlər qalıb. Yeni ili necə qarşılayacağınızın, nələr edəcəyinizin planını qurmusunuz?
Qurmamısınızsa, sizə kömək edə bilərik. Məsələn, 2015-ci ili heç getmədiyiniz ölkədə qarşılamaq, evinizin dizaynını dəyişmək, əziz insana ürəyinizcə olan dəyərli hədiyyə bağışlamaq.
Arzu və planlarınızın siyahısını siz davam etdirin. Unibank-ın müştərilərinə hazırladığı “2015” kampaniyası 2015-ci ili hər kəs üçün “Həyata keçən arzular ili”nə çevirəcək. Bu kampaniya işindən, peşəsindən asılı olmayaraq, bütün sahələrdə çalışan, rəsmi gəliri olan vətəndaşlarımızı əhatə edir. Dekabrın 8-dən 30-dək Unibank-da 2015 AZN-dək bütün kreditlər KOMİSSİYASIZ oldu. Kampaniyanın uzunmüddətli olmasında məqsəd, hər kəsin faydalanmasına şərait yaratmaqdır.