“Hədiyyəli pul köçürmələri“ adlı aksiyası davam edir | Banco.az

“Hədiyyəli pul köçürmələri“ adlı aksiyası davam edir

Expressbank Zolotaya Korona təcili pul köçürmə sistemi ilə birgə “Hədiyyəli pul köçürmələri“ adlı aksiyası davam edir. Aksiya çərçivəsində bir neçə müştəri qiymətli hədiyyələr qazanıb.

Aksiyanın şərtlərinə görə Expressbank filiallarında bu sistemlə ən çox pul göndərənlər (maksimum 200 000 AZN) planşet, minimum 100 AZN olmaqla ən çox köçürmə edənlər isə (maksimum 100 köçürmə) smartfon qazana biləcəklər. Aksiya 31 may 2015-ci il tarixədək davam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, pul göndərən və ya alan müştərilərə həmçinin Pul Kart bank kartı hədiyyə olunur. Bu karta hər təcili pul köçürmə məbləğindən asılı olaraq pul şəklində bonuslar hesablanır. 

Ən sərfəli krediti almaq üçün müraciət et