İstəyirsiniz ki, bankomatdan vəsaitinizi nağdlaşdıranda pulunuzdan bir qəpik də komissiya tutulmasın? Elə isə sizə Unibank-ın ALBALI PLUS debet kartını tövsiyyə edirik. Çünki Unibank bankomatlarında ALBALI PLUS debetdən nağdlaşdırma komissiyası 0%-dir. Hazırda kampaniya çərçivəsində cəmi 3 AZN/USD-yə olan ALBALI PLUS debet kartını Unibank filiallarından ala bilərsiniz.
ALBALI PLUS debet kartına sahib olmaq sizə başqa üstünlüklər də verir:
- Hər alış-verişdə xərclədiyiniz vəsaitin 20%-dək hissəsi kart hesabınıza geri qayıdacaq;
- Kartda qalan pulunuza illik 6%-dək depozit gəliri hesablanır;
- Debet kartı istəyinizə görə manat və ya dollar valyutasında sifariş edə bilərsiniz;
- Kartın hansı ödəniş sistemində olmasını seçə bilərsiniz;
- Partnyor və qeyri- partnyor mağazalarda çoxlu endirim və hədiyyələr sizi gözləyir.
İndi bu unikal kart,qiymətinə görə də hər kəs üçün daha əlçatandır. Sadəcə şəxsiyyət vəsiqəsi ilə istənilən Unibank filialına yaxınlaşmaqla, sərfəli ALBALI PLUS debet kampaniyasından siz də faydalana bilərsiniz!
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
ALBALI PLUS- arzuları reallaşdıran kart!
Unibank-hər kəsin bankı!
Unibank haqqında
Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya İnvestisiya Şirkəti (8,33% pay) Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 24 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür.