Gələcəyə Təşəbbüs, Yazı Müsabiqəsi 2014 | Banco.az

Gələcəyə Təşəbbüs, Yazı Müsabiqəsi 2014

Layihə PAŞA Bank və British Council-ın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.Layihənin məqsədi gələcək inkişafın daha aktiv nümayəndələri olmaq üçün tələbələr arasında İqtisadi Yüksəliş, İslahat və İnkişaf məsələlərinin həll olunmasından ibarətdir.

Layihə fəaliyyətləri Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təqdimatların keçirilməsindən, İnşa Yazma Qabiliyyəti, İstinad və Plaqiatçılıq mövzuları üzrə seçilmiş tələbələrə təlimlərin verilməsindən və təlim keçmiş namizədlər tərəfindən inşa yazılmasından ibarətdir. Uğur qazanan namizədlər Birləşmiş Krallığın aparıcı universitetlərində  təşkil olunan yay məktəblərinə qatılmaq imkanı qazanacaq.

Bizim hədəfimiz tələbələrə kreativ inşa yazmaq bacarıqlarının öyrədilməsi, onların iqtisadi inkişaf və islahatlar mövzusunda məlumatlandırılması, habelə öz ölkələrinin inkişafında fəal iştirakçı olmaqda tələbələrə kömək etməkdir.

Müsabiqədə kimlər iştirak edə bilər?

İştirakçılar Azərbaycanda daimi yaşayış yeri olan, təqdimat üçün nəzərdə tutulan ali təhsil müəssisələrinin 18-21 yaş arası tələbələri olmalıdır.

Müsabiqə hansı mərhələlərdən ibarətdir?

Müsabiqə aşağıdakı 4 mərhələdən ibarətdir: 

1)    10 Ali Təhsil Müəssisəsində təqdimat keçirməklə yerindəcə iştirakçılar arasında ərizə qəbulu aparılması (Seçilən Universitetlər aşağıdakılardır: Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Xəzər Universiteti, Qafqaz Universiteti, Bakı Ali Neft Məktəbi, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti)

2)    Hər universitetdən 20 nəfər iştirakçı seçməklə həmin iştirakçılara Azərbaycan-Britaniya Məzunları Assosiasiyasının (AUKAA) üzvləri tərəfindən İnşanın yazılması, istinad etmə və plaqiyatlıq adlı mövzuda təlimlər keçirilməsi

3)    İnşaların qəbulu və qaliblərin seçilməsi

4)    Qaliblərin onlar üçün nəzərdə tutulmuş Birləşmiş Krallığın aparıcı universitetlərində Yay məktəbini keçməsi.

İnşalar aşağıdakı mövzuları əhatə edir:

 1)    Ümumi qloballaşma prosesində Azərbaycan dövləti hansı yeri tutmalıdır?

 2)    Qloballaşma prosesi Azərbaycanda necə müşahidə olunur?

 3)    Qloballaşma: sizcə müsbət bir prosesdir, yoxsa mənfi?

 4)    Qlobal düşün, lokal hərəkət et - Azərbaycanın İqtisadi İnkişafında Gənclərin iştirakı

 5)    Ölkənin iqtisadi inkişaf prosesində hansı mühit məsələləri nəzərə alınmalıdır?

 6)    Mühit məsələləri təkbaşına, ölkə səviyyəsində yoxsa beynəlxalq miqyasda həll olunmalıdır?

 7)    Ali təhsil hər hansı şəxsin həyatında necə rol oynayır və qazanılmış bilik gələcək karyeranın qurulmasında necə istifadə oluna bilər?

 8)    Ölkənin iqtisadi inkişafında təhsilin rolu

 9)    Ali təhsilin beynəlmiləlləşdirilməsi - Azərbaycan təhsil sistemi hansı yollarla inkişaf etdirə bilər?

 10)  Ali təhsil müəssisələri aidiyyatı olan biznes qurumları ilə əməkdaşlıq yaratmalıdırlarmı? Əgər elədirsə, universitet məzunları üçün bu nə dərəcədə əhəmiyyətli ola bilər?

 11)  Yüksək ali təhsil almaq sadəcə diplom əldə etmək məqsədi daşıyır, yoxsa uğurlu karyera qurmağa şərait yaradır?

 12)  Cəmiyyətin inkişafında fəal vətəndaş necə rol oynamalıdır?

Ən sərfəli kredit üçün müraciət et

 13)  Bundan sonrakı 20 il ərzində Azərbaycanı necə görürsünüz?

 14)  21-ci əsrdə mədəni əlaqələr və mədəniyyət-daxili dialoq

 15)  21-ci əsrin səriştəsi: uğur əldə etmək üçün sizə hansı bacarıq və biliklər lazımdır?

Mükafatlar

2014-cü ilin iyul-avqust ayları ərzində Birləşmiş Krallığın aparıcı universitetlərində Yay məktəbi keçmək şansı

Yay Məktəbi əsasən aşağıdakı ixtisaslar üzrə seçim aparır:

  • Beynəlxalq Siyasi İqtisadiyyat
  • İnsan Resursları Menecmentliyinə Giriş
  • Marketinq Menecment
  • Biznes vasitəsilə sosial dəyişiklik
  • Strateji Menecment
  • Liderlik
  • Sahibkarlıq: bacarıq və ağıllı düşünmə
  • Biznes və Şəhər: analiz və qiymətləndirmə
  •  E-biznes - Onlayn sahibkarlıq
  •  Beynəlxalq Biznes
  •  Beynəlxalq Marketinq
  •  Biznesdə sövdələşmə və ünsiyyət

Müsabiqəyə necə qoşulmaq olar?

Müsabiqə müddətində qəbuletmə və qoşulma prosesi sırf onlayn həyata keçiriləcək. İnşalar göstərilən e-mail ünvanına 2014-cü il 30 aprel tarixinə kimi göndərilməlidir:[email protected]

Qaydalar

 ·         Tələbələr universitetlərdə keçirilən təqdimatlarda iştirak etməli və həmin təqdimatdan sonra onların iştirak etməkdə maraqları barəsində ərizə formalarını doldurmalıdırlar.

 ·         Ərizə formaları AUKAA üzvləri tərəfindən yoxlanılaraq təlimlərdə iştirak edəcək şəxslər seçiləcəklər.

 ·         Seçilmiş tələbələr keçirilən təlimlərdə mütləq iştirak etməli və təlimlərdən sonra inşalarını təqdim etməlidirlər.

 ·         Hər bir iştirakçı göstərilən mövzulardan yalnız birini seçməklə müsabiqəyə qoşula bilər.

 ·         İnşaların həcmi 2500 sözdən çox olmamalıdır və bütün yazılar sırf İngilis dilində olmalıdır.

 ·         Bütün inşaların qəbulu 30 aprel 2014-cü il tarixində yekunlaşır.

 ·         Təqdim olunan inşalar münsiflər heyəti tərəfindən yoxlanılacaq.

 ·         PAŞA Bank və British Council Azərbaycan qalib olan şəxslərin inşalarını kütləvi şəkildə yayımlanmasına nəzarət edir.

 ·         Seçilmiş inşaların müəllifləri PAŞA Bank və British Council Azərbaycan tərəfindən qaliblərin seçilməsi məqsədilə keçiriləcək müsahibədə iştirak etməlidirlər.

 ·         Münsiflər heyətinin qərarı yekundur və heç bir şikayətə baxılmır.

Ən sərfəli krediti almaq üçün müraciət et