Fitch Ratings agentliyi Unibank-ın stabil reytinqini təsdiqlədi | Banco.az

Fitch Ratings agentliyi Unibank-ın stabil reytinqini təsdiqlədi

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi  Unibankın reytinqini əvvəlki səviyyədə təsdiqləyib. Beynəlxalq agentliyin dəyərləndirməsinə görə,  bankın bu il üçün də reytinqi B “stabil”dir. 

“Fitch” mütəxəssislərinin fikrincə, reytinqin əvvəlki həddə saxlanılması bankın göstəricləri ilə bağlıdır. Adekvat kapitallaşma saxlamaq imkanında olmasıyla yanaşı, Unibankın kreditləşmədə iştirakı hazırda geniş iqtisadiyyatı əhatə edir. “Fitch” nümayəndələrinin açıqlamasına görə, uzunmüddətli reytinqin  əvvəlki həddə saxlanılması bankın pərakəndə və  mikro-kreditləşməni  sürətləndirilməsində  böyük rol oynaması ilə də əlaqədardır.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Fitch Ratings” agentliyi Unibankın reytinqini yüksəldən zaman, kredit portfelin artımını, yüksələn gəlirliyi, korporativ idarəetmədə müsbət təcrübəsini və  daha çox şəffaflıq nümayiş etdirməsini əsas götürmüşdü.

Ən sərfəli krediti almaq üçün müraciət et