Finca əvvəlki şərtlərlə kredit verir | Banco.az

Finca əvvəlki şərtlərlə kredit verir

Hər zaman müştərilərinin ən ümdə maraq və istəklərinə uyğun olaraq fəaliyyət strategiyasını müəyyənləşdirən “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı manatın devalvasiyasından sonra da kreditləşməni həm manatla, həm də dollarla həyata keçirməkdə davam edir.

FINCA bu günə qədər tətbiq etdiyi şərtlər və faiz göstəriciləri əsasında məhdudiyyətsiz olaraq kreditverməni ölkənin bütün regionlarında fəaliyyət göstərən 67 filial ofisi vasitəsilə icra etməkdədir.

Müştərilərinə sadiq qalan təşkilat xüsusilə dollar ilə kredit götürmüş və ödənişlərdə çətinliklə qarşılaşan müştərilər üçün kreditlərinin ödəniş müddətində müəyyən güzəştlərin tətbiq olunmasını nəzərdə tutub.  

Ən sərfəli kredit üçün müraciət et

Bunlarla yanaşı, FINCA Azerbaijan 17 fevral – 16 mart tarixlərini əhatə edən 4x4 Novruz Sevinci stimullaşdırıcı lotereyasına və 18 fevral – 17 mart tarixlərində xanımlara özəl icra olunan 8 Mart endirim kampaniyasını da davam etdirməkdədir.

Kredit şərtləri və icra olunan kampaniyalar haqqında ətraflı məlumat “FINCA Azerbaijan”ın *2525 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaqla, www.fincaazerbaijan.com internet ünvanına və https://www.facebook.com/FINCAAzerbaijan təşkilatın rəsmi facebook səhifəsinə daxil olmaqla əldə edə bilərsiniz.