“FINCA Azerbaijan”ın Liman və Lənkəran Filialları Yeni Ofislərdə Fəaliyyətini Davam Etdirir | Banco.az

“FINCA Azerbaijan”ın Liman və Lənkəran Filialları Yeni Ofislərdə Fəaliyyətini Davam Etdirir

Ölkənin Qeyri-Bank Kredit Təşkilatları arasında müştəri sayına görə lider olan "FINCA Azerbaijan” Kredit Təşkilatı Liman və Lənkəran filiallarının geniş, müasir, müştəri xidmətlərinin rahatlığını təmin edən yeni ofis binalarının açılış mərasimlərini keçirdi. Hər iki filialın açılışında “FINCA Azerbaijan”ın direktoru Timoti Tarrant və digər rəhbər şəxslər,  “FINCA İnternational”ın Vitse-Prezidenti və Baş Əməliyyat Meneceri Andree Simon, həmçinin Transformasiya, Kapital, Birləşmə və Satınalmalar üzrə Direktor Chikako Kuno, yerli İcra Hakimiyyəti nümayəndələri, digər maliyyə təşkilatlarından qonaqlar və müştərilər iştirak etdilər.

Liman filialı rayonu ərazisində yaşayan 1000 nəfərə yaxın müştəriyə xidmət göstərir. Filialın müştərilərinin əksəriyyəti balıqçılıq və kənd təsərrüfatı ilə məşğül olan kiçik və orta sahibkarlardır. Filial 1.2 milyon ABŞ dolları məbləğindən ibarət olan kredit portfeli ilə sahibkarlara bütün növ FINCA kredit məhsullarını təklif edir.

Ən sərfəli kredit üçün müraciət et

Lənkəran rayonunda şəffaf və peşəkar xidmət göstərən təşkilat kimi tanınan Lənkəran filialı 39 nəfərdən ibarət olan işçi heyəti ilə 5300 nəfər müştəriyə xidmətlər göstərir. FINCA-nın kredit məhsullarından faydalanan sahibkarlar şəxsi bizneslərini inkişaf etdirməklə özlərinin və ailələrinin maddi durumunu xeyli yaxşılaşdırmağa nail ola bilərlər.

 

Ən sərfəli krediti almaq üçün müraciət et