“FINCA Azerbaijan” Müştərilərin Övladları Üçün Tələbə Təqaüd Proqramına Start Verdi | Banco.az

“FINCA Azerbaijan” Müştərilərin Övladları Üçün Tələbə Təqaüd Proqramına Start Verdi

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində 15 sentyabr Bilik Günü ilə əlaqədar 2013-cü ildə respublikanın ali təhsil müəssisələrinə daxil olmuş aktiv müştərilərin övladları arasında “Biliyini Kapitala Çevir” Tələbə Təqaüd Proqramına start verdi. Təşkilatın missiyasına uyğun olaraq  Tələbə Təqaüd Proqramının əsas məqsədi aşağı gəlirli müştərilərin universitetlərə yüksək bal ilə daxil olmuş övladlarına effektiv ali təhsil almaları və peşakar mütəxəssis olmaları üçün dəstək olmaqdan ibarətdir. Proqramda yalnız 800 AZN / 1000 USD və daha aşağı məbləğdə kredit götürən müştərilərin övladları iştirak edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Proqram çərçivəsində ölkə üzrə təqaüd alanların ümumi sayının 18 nəfər olması nəzərdə tutulur. Sənədlər 20 sentyabr, saat 18:00-dək “FINCA Azerbaijan”ın ölkə üzrə 60-da çox filial və subofislərinə təqdim oluna bilər. Proqram və onun şərtləri haqqında daha geniş məlumatı “FINCA Azerbaijan”ın məlumat mərkəzindən (*2525) əldə etmək mümkündür.

Ən sərfəli krediti almaq üçün müraciət et