“FİNCA Azerbaijan” bank lisenziyası üçün birləşmə yolunu dəyərləndirir | Banco.az

“FİNCA Azerbaijan” bank lisenziyası üçün birləşmə yolunu dəyərləndirir

“FİNCA” Azərbaycanda banka çevrilmək üçün bir neçə mexanizmləri dəyərləndirir. Bunlardan biri də bank lisenziyası olan təşkilatlardan biri ilə birləşməkdir.

Bunu  “FİNCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının ölkə direktoru vəzifəsinə yeni təyinat almış Timoti Tarrant bildirib.

“FİNCA” hansı ölkədə bank lisenziyası almaq istəyirsə, həmin ölkələrdə olan tələbləri yerinə yetirmək üçün mexanizmlər işləyir. Mexanizm dedikdə, tələbləri yerinə yetirərək lisenziyanın əldə edilməsi və ya lisenziyası olan mövcud banklardan biri ilə birləşmək də ola bilər. Mexnizmlər müxtəlifdir, biz banka çevrilmək üçün müxtəlif çür işləyə bilərik. Azərbaycanda da bank fəaliyyəti üçün  lisenziyası olan təşklatlardan biri ilə birləşə bilərik”,- Timoti Tarrant deyib.

Təşkilatın ölkə direktoru qeyd edib ki, ona  “FİNCA Azerbaijan”ın  banka çevrilməsi sahəsində dönüş etmək tapşırığı verilib:

“Bu vaxta qədər lisenziyanın əldə edilməsində müəyyən çətinliklər olmuşdur  və bu məsələ çox uzanır. Mənim qarşımda qoyulan əsas tapşırıqlardan biri də “FİNCA Azerbaijan”ın  banka çevrilməsini irəli aparmaqdır”.

Ən sərfəli kredit üçün müraciət et

Timoti Tarrant söyləyib ki, bank lisenziyasının əldə edilməsində məqsəd müştərilərə kreditlərin  verilməsindən əlavə digər bank xidmətlərinin göstərilməsi, o cümlədən əmanətlərin qəbul edilməsidir. “FİNCA” üçün banka çevrilmək qlobal strateji qərardır.

“2014-cü ildə bu məqsədlə danışıqlar davam etdiriləcəkdir və mən ümid edirəm ki, gələn il bu məsələdə irəliləyiş olacaqdır”,- o deyib.

Qeyd edək ki, “FİNCA Azerbaijan” 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Təşkilatın kredit portfeli 190 milyon ABŞ dollarından, müştərilərinin sayı isə 150 min nəfərdən artıqdır.  

Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et