Dekabrın 30-da Beynəlxalq Mətbuat Mərkəzində “Finca Azerbaijan” qeyri-bank kredit təşkilatı “15 il birlikdə” kampaniyası çərçivəsində mətbuat konfransı keçirilmişdir.
“Finca Azerbaijan”a yeni baş icraçı menecer (ölkə direktoru) təyin olunmuş Timoti Tarrant təşkilatın fəaliyyəti barədə danışmışdır. O bildirmişdir ki, təşkilat Azərbaycanda 15 il ərzində uğurlu fəaliyyət göstərmiş, ölkənin bütün regionlarını əhatə edən 66 filial və sub-ofislər vasitəsilə 150 mindən artıq müştəriyə xidmət etmişdir. 1998-ci ildə Azərbaycanda fəaliyyətə başlayan təşkilat indiyədək müştərilərinə 1 milyard ABŞ dollarına yaxın məbləğdə kreditlər vermişdir. Bu göstəricilərə görə “Finca Azerbaijan” təkcə mikro-maliyyə təşkilatları sırasında deyil, həmçinin ölkənin ən böyük bankları arasında xüsusi yer almışdır.
Sonda “Finca Azerbaijan”ın 150 mininci müştərisi - Naxçıvan filialından kredit götürmüş kiçik sahibkar Məryəm Məmmədova hədiyyə ilə mükafatlandırılmışdır.
Finca Azerbaijan 150 mininci müştərisini mükafatlandırmışdır

