ExpressPay ödəniş terminallarına Connect TV və İnternet üzrə ödəmələr əlavə olunub | Banco.az

ExpressPay ödəniş terminallarına Connect TV və İnternet üzrə ödəmələr əlavə olunub

ExpressPay ödəniş terminallarına Connect TV rəqəmsal yayımlı kabel televiziyası və Connect İnternet provayderi üzrə ödəmələri əlavə olunub. Artıq müştərilər bu şirkətin xidmətlərini asanlıqla həyata keçirə bilərlər.

Hazırda ödəniş terminallarında Expressbank-a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), Bakcell və NarMobile mobil operatoru, AzərEnerji kommunal xidmət təchizatçısının hesab-bildiriş üzrə ödəmələri, Azərsu, KATV1, SNTV (Sumqayıt)və Ailə rəqəmsal yayımlı kabel televiziyası və İnternet provayderi, Data plus və Qlobal Networks İnternet provayderləri üzrə ödənişləri, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2014-cü ili may ayından etibarən fəaliyyət göstərən terminallara yaxın aylarda bir sıra yeni ödəniş vasitələri və şirkətlər əlavə olunacaq. Bu sırada digər kommunal ödənişlər, mobil operatorlar, kabel televiziyaları, İnternet provayderlər və s. nəzərdə tutulur.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.