Expressbank yeni reklam çarxını təqdim edib | Banco.az

Expressbank yeni reklam çarxını təqdim edib

Expressbank mikro kreditlər üzrə hazırladığı yeni TV reklam çarxını təqdim edib. Yeni reklam çarxı, Azərbaycanın məşhur JİS (Jeyhun İmanov Studio) şirkəti tərəfindən hazırlanan “Öz işin varsa, kredit də var” şüarlı mikro kreditlər reklam konsepsiyasının davamıdır. Çarxın çəkiliş və montaj işləri Cinealliance şirkəti tərəfindən həyata keçirilib.

Reklam çarxında aktyor Fərda Xudaverdiyev çəkilib. Ssenariyə görə avtomobilini yuma məntəqəsinə gətirən, həyatda müəyyən uğurlar qazanmış Arif müəllim (Fərda Xudaverdiyev), işindən narazı olan yuyucuya Expressbank-a gedib, mikro kredit götürüb, biznesini genişləndirməyi məsləhət görür. Cavanlıq illərində başına gələn çətinliklərdən danışan Arif müəllim, zarafat etməyi də yaddan çıxarmır.

Ən sərfəli kredit üçün müraciət et

Reklam çarxı bir neçə yerli TV kanallarda, həmçinin kinoteatrlarda filmlərdən əvvəl 1 ay ərzində nümayiş olunacaq.

Reklam çarxı Expressbank-ınYoutube sosial şəbəkəsindəki səhifəsinə yerləşdirilib 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç