Expressbank Western Union üzrə aksiya keçirir | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Expressbank Western Union üzrə aksiya keçirir

Expressbank Western Uniontəcili pul köçürmə sistemi ilə birgə “Western Union ilə daha varlı“ adlı aksiya keçirir. Aksiya 30dekabr 2015-ci il tarixinədək davam edəcək.

Aksiyanın şərtlərinə görə Expressbank filiallarında bu sistemlə pul göndərən və ya alanlar 100 ABŞ dolları qazana biləcəklər. Aksiyada iştirak etmək istəyənlər www.facebook.com/MoneyTransferAzerbaijan səhifəsində olan aplikasiya («Использоватьприложения» düyməsi) vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Hər növbəti ayın 5-də püşkatma yolu ilə qaliblər müəyyən olunacaq. Aksiya müddətində 120 hədiyyənin təqdim edilməsi nəzərdə tutulub. Aksiya barədə ətraflı məlumat üçün – http://mta.gpi-company.com/az/regulation.html .

Qeyd edək ki, pul köçürmə xidmətlərini Expressbank-ın filiallarında həyata keçirmək mümkündür. Bank Western Union, Zolotaya Korona, Contact, Lider, Caspian Money Transfer və Monex sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 300-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.