Expressbank SmileСard taksit kartı üzrə müştərilərə geniş imkanlar təklif edir | Banco.az

Expressbank SmileСard taksit kartı üzrə müştərilərə geniş imkanlar təklif edir

Expressbank SmileCard taksit kart məhsulu üzrə müştərilərə geniş imkanlar təklif edir. Belə ki, SmileCard sahibləri həm istənilən yerdə alış-veriş edir, həm kartdakı vəsaitin bir hissəsini nağdlaşdırır, həm də ExpressClub çərçivəsində Smilecard ilə xərcləyərək xərclədikləri vəsaitin 20%-dək hissəsini kartlarına geri alırlar.

"Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin" sloqanı ilə təqdim olunan Smilecard müştərilərə pulsuz verilir və 3 il müddətində istifadə oluna bilər. Smilecard-ın digər üstünlüklərindən biri də ödənilən məbləğin kartda yenidən bərpa olunması təkrar istifadə edilmə imkanıdır.

SmileCard müştəriləri kartdan istifadə zamanı (pulu nağdlaşdırarkən, İnternetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür. Bu zaman bank komissiyası müvafiq olaraq 6% və ya 12%, illik faiz dərəcəsi isə 0%-dir.

Müştərilərinin bütün qayğılarını qarşılamağa çalışan Expressbank hər ayın əvvəli Smilecard taksit kartına görə ödənilməli məbləğ haqqında müştəriyə SMS göndərir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, SMS məlumatlandırma xidməti də pulsuz təklif edilir.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz, Bərdə və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Smilecard və Expressbank-ın digər xidmətləri barədə daha ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et