Expressbank müştərilərinə 100 dollar qazandırır | Banco.az

Expressbank müştərilərinə 100 dollar qazandırır

Expressbank müştəriləri 100 dollar qazana biləcəklər.

Expressbank Western Union təcili pul köçürmə sistemi ilə birgə “Western Union ilə daha varlı“ adlı aksiya keçirir. Aksiya 31dekabr 2015-ci il tarixinədək davam edəcək.

Aksiyanın şərtlərinə görə Expressbank filiallarında bu sistemlə pul göndərən və ya alanlar 100 ABŞ dolları qazana biləcəklər. Aksiyada iştirak etmək istəyənlər www.facebook.com/MoneyTransferAzerbaijan səhifəsində olan aplikasiya («Использоватьприложения» düyməsi) vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Hər növbəti ayın 5-də püşkatma yolu ilə qaliblər müəyyən olunacaq. Aksiya müddətində 120 hədiyyənin təqdim edilməsi nəzərdə tutulub. Aksiya barədə ətraflı məlumat üçün – http://mta.gpi-company.com/az/regulation.html .

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, pul köçürmə xidmətlərini Expressbank-ın filiallarında həyata keçirmək mümkündür. Bank Western Union, Zolotaya Korona, Contact, Lider, Caspian Money Transfer və Monex sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 300-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et