Expressbank komissiyasız pul köçürmələri təklif edir | Banco.az

Expressbank komissiyasız pul köçürmələri təklif edir

Expressbank “Zolotaya Korona” təcili pul köçürmə sistemi ilə birgə “Tarif 0%“ adlı aksiyası keçirir. Aksiyanın şərtlərinə görə, Expressbank filiallarından bu sistem vasitəsilə Rusiyaya manatla pul göndərən şəxslərdən komissiya tutulmur.

Qeyd edək ki, Expressbank mütəmadi olaraq Zolotaya Korona təcili pul köçürmə sistemi ilə müxtəlif aksiyalar təşkil edir. “Hədiyyəli pul köçürmələr” adlı aksiya çərçivəsində müştərilər planşet və smartfonlar qazanıblar. Pul göndərən və ya alan müştərilərə həmçinin Pul Kart bank kartı hədiyyə olunub. Bu karta hər təcili pul köçürmə məbləğindən asılı olaraq pul şəklində bonuslar hesablanır. 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et