Expressbank kartları ilə pul göndərmək daha rahat olub | Banco.az

Expressbank kartları ilə pul göndərmək daha rahat olub

Expressbank bank kartları üzrə “Visa Personal Payments” və “MasterCard MoneySend” xidmətlərini təqdim edir. Bu xidmət vasitəsilə Visa və MasterCard sahibləri 24 saat ərzində MDB ölkələrinin istənilən bankının kart sahibinə pul göndərə bilərlər.

Xidmətdən istifadə etmək üçün bankomatda “Pul köçürmələri” bölməsini seçmək, sonra isə tələb olunan göstəriciləri daxil etmək zəruridir. Köçürmələr manat və ya ABŞ dolları ilə həyata keçirilir. Azərbaycan banklarının kart sahiblərinə pul göndərərkən 1%-dək, MDB ölkələri üzrə isə 1,5%-dək komissiya tutulur.

Expressbank müştərilərə 6 AZN-dən başlayaraq Visa və MasterCard kartlarını təqdim edir. Hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa Gold / MasterCard Gold kartları pulsuz təqdim edilir. Hesabda olan məbləği Expressbank bankomatlarında nağdlaşdıran zaman heç bir komissiya tutulmur.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank həmçinin İnternet vasitəsi ilə onlayn ödənişlər zamanı dələduzluq hallarının qarşınısı almaq məqsədilə bank kartı istifadəçilərinə 3D Secure xidmətini təqdim edir. Bu xidmət həm Visa, həm də MasterCard kartlarına şamil olunur.

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat və ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et