Expressbank “İsti olsa, sərfəlidir!” yay kampaniyasına başladı | Banco.az

Expressbank “İsti olsa, sərfəlidir!” yay kampaniyasına başladı

Expressbank nağd pul kreditinə havanın hərarəti qədər endirim elan edir. Endirim kreditin rəsmiləşdirilməsinə görə tutulan komissiyaya aiddir.

Kampaniya çərçivəsində endirim faizi bir gün öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən Bakı və Abşeron yarımadası üçün verilən proqnoza əsaslanaraq müəyyən edilir. Endirim faizi hava proqnozunun maksimal temperatur göstəricisinə bərabər olacaq.

Kampaniyanın şərtlərinə əsasən, istənilən şəxs, gəlirlərini təsdiq edən sənədi və şəxsiyyət vəsiqəsini Banka təqdim etməklə, 10 000 manatadək kredit əldə edə bilər. Kreditin illik faiz dərəcəsi minimum 18%, maksimum 27% təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Kampaniya 1 sentyabr 2014-cü il tarixinədək davam edəcək. 

Ətraflı məlumat üçün Expressbank-ın 132 nömrəli Məlumat Mərkəzinə zəng edə bilərsiniz. Bundan əlavə www.expressbank.az və ya https://www.facebook.com/Expressbank rəsmi facebook səhifəsinə müraciət etmək olar.